Pakistan İslam Respublikasının yeni səfiri ilə görüş
25/02/2017
Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Səid Xan Mohmand ölkəmizdə fəaliyyətə başlaması ilə əlaqədar jurnalistlərlə ilk mətbuat konfransını keçirmişdir. Səfir Səid Xan Mohmand qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəkdir. O, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildirib.
Mətbuat konfransında səfir həmçinin Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Pakistan” üzrə regionşünaslıq ixtisasının tələbələri ilə də görüşmüşdür. Görüş zamanı iki ölkə arasındakı əlaqələrin inkişafından danışan səfir Səid Xan Mohmand təhsil sahəsində də qarşılıqlı əlaqlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.
