Homeaz | en | ru

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri O. Qeysər Şərqşünaslıq fakültəsində qonaq olub

20/11/2015

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Osman Qeysər Şərqşünaslıq fakültəsində qonaq olub. Fakültə dekanı prof. E.Əzizov səfirlə görüşdə BDU-nun təsis edilməsindən, Şərqşünaslıq fakültəsinin yaranmasından geniş söhbət açıb. O, eyni zamanda “Pakistan” üzrə regionşünas kadrların hazırlanmasından, fakültədə urdu dili, urdu ədəbiyyatı, Pakistan mədəniyyəti və incəsənəti fənlərinin tədrisindən, bu sahələrdə yazılan elmi əsərlərdən danışıb. Öz növbəsində səfir Osman Qeysər urdu dili və ədəbiyyatı dərslərinin keyfiyyətinin artırılması üçün Pakistanlı müəllimlərin fakültəyə dəvət olunması və tədris prosesinə cəlb edilməsi təklifi ilə çıxış edib. Təklifi yüksək qiymətləndirən prof. E.Əzizov Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri D.Qənbərovla artıq bu barədə fikir mübadiləsi aparıldığını və müəyyən razılığın da əldə olunduğunu qonağın diqqətinə çatdırıb. Daha sonra səfir fakültənin “Şərq” oxu zalında “Pakistan” üzrə regionşünaslıq bölümünün tələbələri ilə görüşmüş, müəllim və tələbə heyətinə iki ölkənin qarşılaşdığı çətinliklər, “Dağlıq Qarabağ və Kəşmir problemi” barədə mühazirə oxuyub. O.Qeysərin çıxışı iştirakçıların müxtəlif maraqlı sullarının cavablandırılması ilə yekunlaşıb. Görüşündən böyük məmnunluq və razılıq hissləri ilə ayrılan cənab səfir sonda urdu dili kabinetinin maddi-texniki bazası ilə maraqlanıb. Görüşdə fakültənin tədris işləri üzrə dakan müavini C.N.Məmmədzadə, İran filologiyası kafedrasının müəllimləri E.İ.İbrahimov, A.H.Tağıyeva, A.A.Paşayeva və b. iştirak edib.


Bookmark and Share