İordaniya Haşimilər Krallığının King`s Akademiyasının direktoru Şərqşünaslıq fakültəsində
10/04/201707 mart 2017 -ci il tarixində İordaniya King`s Akademiyasının direktoru xanım Rim Masri və İordaniya Haşimilər Krallığının Azərbaycandakı Səfirliyinin əməkdaşları Şərqşünaslıq fakültəsində qonaq olub. Xanım Rim Masri fakültə dekanı professor Elxan Əzizov başda olmaqla Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə görüşüb. Azərbaycan-İordaniya əlaqələri barədə danışan professor Elxan Əzizov qonağın işğüzar səfərindən də bəhs etmişdir. Bildirilmişdir ki, İordaniya King`s Akademiyasının direktoru xanım Rim Masri ərəb dilinin tədrisi proqramının təşviqi məqsədilə Bakıya səfər etmişdir. BDU-nun Şərqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə çoxdan görüşmək arzusunda olduğunu dilə gətirən iordaniyalı qonaq fakültədə ərəb dilinin tədrisi və bu sahədə nəşr olunan dərslik və dərs ləvazimatları ilə yaxından tanış olduğunu qeyd etmiş, mövcud vəziyyətin onu ürəkdən sevindirdiyini xüsusi vurğulamışdır.
