Onlayn imtahan sessiyası başlandı
12/06/20202019-2020-ci tədris ilinin yaz semestri üzrə Bakı Dövlət Universitetində iyunun 8-dən etibarən onlayn imtahan sessiyası başlandı. Şərqşünaslıq fakültəsinin bakalavriat pilləsində Azərbaycan və rus bölmələri üzrə 48 qrupda imtahanlar keçiriləcəkdir. Microsoft Teams platforması üzərindən həyata keçirilən imtahanların gedişi dekan və dekan müavinləri, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilir. Tələbələr imtahanlara böyük maraq göstərir və imtahanları müvəffəqiyyətlə verməyə çalışırlar.
BDU-da yaz semestrinin imtahan sessiyası 5 həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək, sessiya iyulun 10-da yekunlaşacaqdır.
