Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
02/12/201929.11.2019-cu il tarixində Şərqşünaslıq və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi şeirinin işığında” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin tələbələr tərəfindən səsləndirilməsi ilə başlayıb. Bundan sonra Filologiya və Şərqşünaslıq fakültələrinin sosial məsələlər üzrə dekan müavinləri A.Fərəcov və Ş.Yusifli tələbələri salamlayıb, Nəsimi irsinin təbliğinin zəruriliyi barədə fikirlər səsləndiriblər. Tədbirdə Şərqşünaslıq fakültəsindən spiker qismində prof.A.Qasımova, Filologiya fakültəsindən isə dos.S.Qocayeva iştirak ediblər. Spikerlər müxtəlif aspektlərdə Nəsimi yaradıcılığı barədə məlumat verdikdən sonra, Filologiya fakültəsinin tələbəsi Nəsiminin “Yanaram” qəzəlini səsləndirmiş, sonda isə Şərqşünaslıq fakültəsinin “Tərcümə (fars dili)” ixtisasının IV kurs tələbəsi Kamran İsayev Nəsimi qəzəllərinin təhlili barədə çıxış edərək tədbiri yekunlaşdırmışdır.
