BDU -da “Şərq ölkələrində Novruz bayramı və ənənələr” adlı bayram tədbiri keçirilib
19/03/2022Şərqşünaslıq fakültəsində Novruz bayramı münasibəti ilə "Şərq ölkələrində Novruz bayramı və ənənələr" adlı tədbir keçirilib.
17 mart 2022-ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar Təşkilatı Komitəsinin təşkilatçılığı ilə "Şərq ölkələrində Novruz bayramı və ənənələr" adlı bayram tədbiri keçirilib.Tədbirdə fakültə dekanı, dosent Aydan Xəndan açılış nitqi ilə çıxış edərək, tələbə və müəllim heyətini Novruz bayramı münasibəti ilə təbrik etmiş, bayramın xalqımız üçün əhəmiyyətindən, mövcud ənənələrdən danışmışdır. Dekan müavini Şahin Yusifli Orta Şərq ölkələrinin müştərək irsi olan Novruzun tarixi və bayramla əlaqədar mifoloji təsəvvürlər barədə məlumat verdikdən sonra, tələbələr şərq dillərində Novruz bayramı və ənənələr barədə çıxış etmiş, qısa xülasə təqdim etmişlər. Sonda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirilib.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
