Homeaz | en | ru

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş intellektual oyunun yarım final mərhələləri keçirilib

22/11/2021
Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Xəmsə" intellektual oyununun fakültə üzrə yarım final mərhələləri keçirilib. Fakültədə intellektual oyunların keçirilməsi ilə əlaqədar dərin ənənə mövcud olduğundan, bu istiqamətdə keçirilən oyunlar daim tələbələrin diqqətini cəlb edir.
Şərqşünaslıq fakültəsinin dekan müavinləri Şahin Yusifli və Tərlan Məlikovun rəhbərliyi ilə həyata keçirilmiş yarım final mərhələlərində səkkiz komanda mübarizə apararaq, dördü finala vəsiqəni təmin etmişlər. Müsabiqənin final mərhələsi cari ilin dekabr ayında keçiriləcək.
Bookmark and Share