Homeaz | en | ru

Müvafiq kafedralarda buraxılış işlərinin ilk müzakirəsi keçirilib

20/06/2019

14-20 may 2019 -cu il tarixlərində Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası, İran filologiyası, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedralarında “Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin üzrə)” və “Tərcümə (ərəb və fars dilləri üzrə)” ixtisaslarının IV kurs tələbələrinin buraxılış işlərinin ilkin müzakirəsi keçirilib. Müzakirələr kafedra əməkdaşları, diplomçu tələbələr və onların elmi rəhbərlərinin iştirakı baş tutub. IV kurs tələbələri buraxılış işlərinin məzmunu barədə məlumat verib. Həmçinin elmi rəhbər və rəyçilərin çıxışları dinlənilib. Müzakirələrin sonunda tələbələrin tədqiqat işləri 50 ballıq sistemlə qiymətləndirilib. İlkin qiymətləndirmələrdə dekan professor Elxan Əzizov, dekan müavinləri Cavanşir Məmmədzadə və Adil Yəhyayev də iştirak edib.

 

Bookmark and Share