Homeaz | en | ru

Müvafiq kafedralarda buraxılış işlərinin ilk müzakirəsi keçirilib

20/05/2018

2018 -ci il 14-18 may tarixlərində Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası, İran filologiyası, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedralarında Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin üzrə) ixtisasının IV kurs tələbələrinin buraxılış işlərinin ilkin müzakirəsi keçirilib. Müzakirələr kafedra əməkdaşları, diplomçu tələbələr və onların elmi rəhbərlərinin iştirakı baş tutub. IV kurs tələbələri buraxılış işlərinin mövzusu barədə məlumat verib. Həmçinin elmi rəhbərlərin çıxışları və rəyçilərin qeydləri dinlənilib. Müzakirələrin sonunda tələbələrin tədqiqat işləri 50 ballıq sistemlə qiymətləndirilib. İlkin qiymətləndirmələrdə fakültə dekanı prof. E.Əzizov, dekan müavinləri C.Məmmədzadə və A.Yəhyayev də iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share