Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin magistri online müsabiqənin qalibi olub

15/05/2020

Bakı Dövlət Universitetinin elan etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: DAHİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDER” adlı tələbə online esse müsabiqəsi başa çatıb. Müsabiqədə Bakı Dövlət Universitetinin 70-dən çox tələbə və magistrantı iştirak edib. Təqdim olunmuş esselər müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə:
• Birinci yerə - Filologiya fakültəsinin III kurs tələbəsi Nigar Əliyeva;
• İkinci yerə - Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Gülşən Qasımova;
• Üçüncü yerə - Hüquq fakültəsinin II kurs tələbəsi Lalə Həsənzadə və Şərqşünaslıq fakültəsinin II kurs magistrantı Taleh Mansurov layiq görülüblər.
Qaliblərin esseləri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır. Qaliblər diplom və müvafiq olaraq 1-ci yer - 300 manat, 2-ci yer - 250 manat, 3-cü yer (2 nəfər) - 200 manat, həvəsləndirici yer (6 nəfər) - 100 manat pul mükafatı ilə təltif ediləcəkdir.
Şərqşünaslıq fakültəsinin tələbəsi -  İran filologiyası kafedrasının Urdu ədəbiyyatı ixtisaslaşması üzrə magistri  Taleh İsa oğlu Mansurovu urəkdən təbrik edir, ona təlim və tədris fəaliyyətində uğurlar arzu edirik!





Bookmark and Share