Homeaz | en | ru

MƏR Mədəniyyət Nazirliyinin Milli Tərcümə şöbəsinin müdiri professor Əbdürrəhman Hicazi Şərqşünaslıq fakültəsində

26/02/2016

16 yanvar 2016 -cı il tarixində Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin Milli Tərcümə şöbəsinin müdiri professor Əbdürrəhman Hicazi və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. BDU-nun “Şərq” oxu zalında fakültə dekanı prof. Elxan Əzizov başda olmaqla misirli professor Əbdürrəhman Hicazi ilə müəllim və tələbələrin iştirakı ilə geniştərkibdə görüş keçirilmişdir. O, ərəb ölkələri üzrə regionşünaslıq ixtisası sahəsində təhsil alan tələbələrə  ərəb dilinin tədrisi, Azərbaycan və Misir arasındakı ədəbi-mədəni əlaqələrə dair mühazirə oxumuşdur. Tədbirin sonunda Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi çıxış etmişdir. Görüş tələbələrin salamlama nitqləri və müxtəlif  sualları ilə yekunlaşmışdır.


Bookmark and Share