Homeaz | en | ru

MƏR- in Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Şərqşünaslıq fakültəsində olub

16/01/2017

09 yanvar 2017 -ci il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri doktor Əhməd Sami Elaydi Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Doktor Əhməd Sami Elaydi fakültə dekanı prof. Elxan Əzizov və Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti ilə görüşmüşdür. Qonaqla görüşdə Şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatı, Ərəb ölkələrinin mədəniyyət və incəsənəti fənlərinin tədrisi, müəllim və tələbələrin müvəffəqiyyətləri və s. məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Görüşdə Ərəb filologiyası kafedrasının müdiri akad. V.Məmmədəliyev, dekan müavinləri A. Yəhyayev, C. Məmmədzadə,  fakültə TEC-in sədri f.ü.f.d. H.Heybətov və  Ərəb filologiyası kafedrasının bir qrup əməkdaşları iştirak etmişdir.

 

 

Bookmark and Share