Bakı Dövlət Universiteti

Homeaz | en | ru

Misirli nazir müavini Bakı Dövlət Universitetində olub

08/05/2017

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi Bakı Dövlət Universitetində olub.

Qonağı salamlayan rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən danışıb.  BDU-nun Misir universitetləri ilə əməkdaşlığından bəhs edən rektor, eyni zamanda, ərəb dili və ədəbiyyatı üzrə kadr hazırlığı, Azərbaycan ərəb elmi məktəbləri barədə də məlumat verib.

Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi, öz növbəsində, Bakı Dövlət Universitetini ziyarətindən məmnunluğunu ifadə edib, əlaqələrin daha da inkişafına dəstək verəcəklərini qeyd edib.

Görüşdə BDU ilə Misir universitetləri arasında elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, birgə konfransların keçirilməsi məsələləri də müzakirə edilib.

Qarşılıqlı maraq doğuran görüş universitetin elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanışlıqdan sonra başa çatıb.

 

Bookmark and Share