Homeaz | en | ru

Müəllimlərdən ibarət nümayəndə heyəti Ankarada olub

06/07/2015

Avrasiya Təhsil Araşdırmaları jurnalının (EJER) və Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə  Ankarada  2-ci Avrasiya Təhsil Araşdırmaları Konfransı keçirilib. Təhsildə İnnovasiya və Professionallıq adlanan konfransda Bakı Dövlət Universitetinin  sosial elmlər və psixologiya fakültəsinin pedaqogika kafedrasının əməkdaşları - professor L.Qasımova, dosentlər - N.İmamverdiyeva, K.Qəhrəmanova, A.Bayramova, O.Qafarova, sosiologiya kafedrasının dosent əvəzi Y.Əliyeva məruzə ilə çıxış ediblər.

Konfransda Qərbi Şotlandiya Universiteti və Təhsil Məktəbinin araşdırma direktoru professor Rovena Murray və professor J.A.Banksın mühazirələri dinlənilib. BDU-nun professor-müəllim heyəti aparılan müzakirələrdə iştirak ediblər.

 

Bookmark and Share