Misirli professorlar Şərqşünaslıq fakültəsində
01/02/2017
11 yanvar 2016 -cı il tarixində Misir Ərəb Respublikasından gəlmiş qonaqlar Qahirə Universitetinin professoru, tanınmış ədəbiyyatşünas Əhməd Dərviş, Misir Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi, ərəb xəttatlığı üzrə mütəxəssis Əşrəf Əhməd Übeyd, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri doktor Əhməd Sami Elaydi Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Misirli qonaqları fakültə dekanı prof. Elxan Əzizov böyük ehtiramla qəbul etmişdir. O, Şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatı, ərəb ölkələrinin mədəniyyət və incəsənəti fənlərinin tədrisi, ərəb dili və ədəbiyyatına dair aparılan elmi tədqiqat işləri, Azərbaycan kalliqraflarının işindən və s. söhbət açmışdır. Misirli professor Əhməd Dərviş də öz növbəsində Azərbaycan və Misir arasındakı ədəbi-mədəni əlaqələrin tarixindən, ərəb ədəbiyyatının tədrisi məsələlərindən, Azərbaycan əsilli ərəb şairlərin həyat və yaradıcılığı haqda danışmışdır. Görüşdə Ərəb filologiyası kafedrasının müdiri akad. Vasim Məmmədəliyev, fakültənin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə, elmi işlər üzrə dekan müavini Adil Yəhyayev və Ərəb filologiyası kafedrasının əməkdaşları iştirak etmişdir.
