Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri Şərqşünaslıq fakültəsində
27/01/2016
11 yanvar 2016 -cı il tarixində tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri doktor Əhməd Sami Elaydi Şərqşünaslıq fakültəsinə gəlmişdir. Əhməd Sami Elaydi fakültə dekanı prof. Elxan Əzizov və Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti ilə görüşmüşdür. Qonaqla görüşdə Şərqşünaslıq fakültəsində Ərəb ölkələri üzrə regionşünas mütəxəssislərin hazırlığından, ixtisas fənlərinin tədrisindən, bu sahədə yazılmış monoqrafiya və dərsliklərdən, müəllimlərin mübadiləsindən söhbət açılmışdır. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri doktor Əhməd Sami Elaydi bu yaxınlarda ölkəsindən Şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisi prosesinə cəlb olunmaq üçün misirli müəllimlərin Azərbaycana dəvət olunacağını bildirmişdir. Bundan əlavə, cənab Əhməd Sami Elaydi yazda Bakı Dövlət Universiteti ilə birlikdə ərəb dili fənn olimpiadasının da keçirilməsi niyyətində olduqlarını bildirdi. Qarşılıqlı fikir mübadiləsi zəminində səmimi şəkildə keçən görüşdə dekan müavinləri C. Məmmədzadə A.Yəhyayev, Ərəb filologiyası kafedrasının müdiri akad. V.Məmmədəliyev, prof. N.Məmmədov, prof. X.Əlabbasi, dos. G.Mahmudova, dos. K. Məmmədova, f.ü.f.d. H.Heybətov və başqaları iştirak etmişdir.
