Magistratura pilləsində onlayn imtahanlara yekun vurulub
11/07/20202019-2020-ci tədris ilinin yaz semestri üzrə Bakı Dövlət Universitetində iyunun 8-dən başlanan onlayn imtahan sessiyası iyulun 10-da bitib. Şərqşünaslıq fakültəsinin magistratura pilləsində Azərbaycan və rus bölmələri üzrə 10 ixtisaslaşma üzrə imtahanlar keçirilib. Microsoft Teams platforması üzərindən onlayn qaydada, şifahi formada həyata keçirilən imtahanların gedişi dekan və dekan müavinləri, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib.
