Magistratura pilləsində onlayn dərslər davam edir
18/05/2020
Şərqşünaslıq fakültəsində “Dilçilik (Şərq dilləri)” və “Ədəbiyyatşünaslıq (Şərq ədəbiyyatı)” ixtisaslaşmaları üzrə tədris onlayn (məsafədən) formada icra olunur. Professor-müəllim heyəti dərs cədvəlinə uyğun “Microsoft Teams” platforması vasitəsilə Azərbaycan və rus bölmələri üzrə aktiv dərsləri davam etdirir. Mühazirə və dərs materialları “Microsoft Teams”dən magistrlara ötürülür. Distant formada keçirilən dərslərin video qeydiyyatı aparılır. Həmçinin kafedra müdirləri və elmi rəhbərlərin iştirakı ilə magistr dissertasiya işlərinə dair müzakirələr keçirilir.
