Küveyt Universitetində bir illik təhsil
16/10/2017Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasının IV kurs tələbəsi Bilal Səfərov Küveyt Universitetinin 2016-2017 tədris ili üçün elan etdiyi qeyri-ərəblər üçün bir illik təhsil qrantının qalibi olmuşdur. O, 25 sentyabr 2016-ci ildən 10 sentyabr 2017-ci il tarixinədək Küveyt Dövletinin Küveyt Universitetində təhsil almışdır. Təhsil aldığı bir il ərzində Azərbaycan Respublikasının həmin ölkədəki Səfirliyi ilə mütəmadi əlaqə saxlamış və diplomatik korpusun keçirdiyi tədbirlərdə yaxından iştirak etmişdir. Kursu əla qiymətlərlə bitirən tələbəmiz xüsusi sertifikatla təltif olunmuşdur.
