Homeaz | en | ru

Koreyanın Çonbuk Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

14/11/2017

Koreya Respublikasının Çonbuk Milli Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova onlara universitet haqqında məlumat verib, Şərqşünaslıq fakültəsində koreya dili və ədəbiyyatı üzrə mütəxəssislərin hazırlanmasından bəhs edib. Nümayəndə heyətinin rəhbəri, Çonbuk Universitetinin prorektoru   Myeongsook Yoon təmsil etdiyi universitet barəsində danışıb, BDU ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Müzakirələrdə  əməkdaşlıq haqda müvafiq sazişin imzalanması barədə razılıq əldə olunub.

Daha sonra qonaqlar Şərqşünaslıq fakültəsində koreya dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər.

 

Bookmark and Share