Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Şərqşünaslıq fakültəsində görüş keçirib
04/03/201603 mart 2016-cı il tarixində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq Gyu Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Səfir fakültə dekanı prof. Elxan Əzizov və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri görüşmüşdür. Cənab Kim Çanq Gyu BDU-nun “Şərq oxu zalı”nda müəllim və tələbə heyətinin iştirakı ilə təşkil olunmuş tədbirdə “Azərbaycan və Koreya əlaqələri” barədə məruzə ilə çıxış etmişdir. Səfirin məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Səfir Kim Çanq Gyu səmimi qarşılanmaya və diqqətə görə fakültə rəhbərliyinə öz minnətdarlığını bildirmiş, görüşdən böyük təəssüratlarla ayrılmışdır
