Çinli qonaqlarla əməkdaşlıq əlaqələri müzakirə edilib
21/12/2017Çin Xalq Respublikası Sosial Elmlər Akademiyası Fəlsəfə İnstitutunun və həmin Akademiyanın Kulturalogiya mərkəzinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Universitetin Tarix, Fəlsəfə, Filologiya, Sosial elmlər və psixologiya fakültələrinin dekanları və professor-müəllim heyəti ilə görüşən qonaqlar, humanitar və təbiət elmləri üzrə əməkdaşlıq istiqamətlər ilə bağlı müzakirələr aparıblar.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, birgə tələbə-müəllim mübadiləsi, eyni zamanda, müasir mənbələrin mübadiləsi istiqamətlərində müvaviq qərar qəbul edilib.
