Çinli qonaqlar BDU-da
19/06/2014Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Şanxay Universitetinin prorektoru, İctimai Diplomatiya Elmi-Tədqiqat İnstitutunun direktoru Li Vey və həmin institutun direktor müavini Çjan Danxuanı qəbul edib. Qonaqlara BDU haqqında məlumat verən rektor, universitetdə tədris olunan çin dili və ədəbiyyatı, o cümlədən Konfutsi İnstitutu haqqında danışıb. Qonaqlar universitetlə tanışlıqdan məmnunluqlarını bildiriblər. Görüşdə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib
