Homeaz | en | ru

Çində keçən bir il...

07/11/2016

Keçən il Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi institutu bizə Çində bir illik təhsil almaq şansı verdi. Biz, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Çin üzrə) ixtisasının tələbələri Qasımzadə Sənan, Musayev Zaur, Hacızadə Kamran, Şamilov İlkin, İsmayılov Coşğun, Novruzov Amid və mən Qurbanova Ülkər imtahan verərək  Çinin Anhui Universitetində bir illik təhsilimizi davam etdirmək şansı əldə edə bildik. Bu bir il heç bilmədik necə keçdi. Bu vaxt ərzində biz çox şeyə nail ola bildik. Gündəlik mühazirələr,məşğələlər və yoxlama imtahanları bizə çox kömək oldu. Anhui Universiteti dərslərdən əlavə vaxtlarda isə bizim Çinin tarixi ve mədəniyyəti ilə daha yaxından tanış olmağımız üçün müxtəlif tarixi yerlərilə tanış etdi. Anhui əyalətində yerləşən Huangşan dağlarına, qədim şəhərlərinə, çay plantasiyalarına turlar təşkil etdi. Müxtəlif məzmunlu maraqlı mədəni tədbirlər təşkil edib bizə ölkəmizi təmsil etməyə imkanlar yaratdı. Düşünürəm ki, bunun öhdəsindən gələrək, Bakı Dövlət Universitetini, ümumilikdə isə Azərbaycanı layiqincə təmsil etdik.
Bu bir il ərzində dərslər və əlavə tədbirlər elə maraqlı təşkil olundu ki, vaxtın necə keçdiyini hiss etmədik. Əldə etdiyimiz biliklərə və bizə göstərilən qayğıya görə Anhui Universitetinə,  bu şəraiti bizə yaratdıgına görə isə Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi Institutuna dərin minnətdarliəəğımızı bildiririk.































Bookmark and Share