Çin üzrə regionşünaslıq ixtisasının tələbələri sertifikata layiq görülüb
01/03/2017Çin üzrə regionşünaslıq ixtisasının III kurs, r/b., 2207-ci qrup tələbələrindən beş nəfəri sertifikata layiq görülüblər. Qalib tələbələrlə dekanlıqda görüş keçirilmişdir. Görüşdə fakültə dekanı prof. Elxan Əzizov qazandıqları nailiyyətə görə onları təbrik etmiş və bu işdə böyük xidməti olan çin dili müəllimi Naliman Mahatiyə də dərin minnətdarlığını ifadə etmişdir.
Qeyd edək ki, hər il çin dilini öyrənən bir milyondan artıq şəxs imtahan vermək məqsədi ilə qeydiyyatdan keçir. İmtahanlardan uğurla keçənlər HSK və HSKK sertifikatlarını əldə edirlər. Bu sertifikatlar Çin Xalq Respublikasında çin dili kurslarında iştirak etmək, təhsil almaq və Konfutsi institutları tərəfindən qrant almaq imkanı yaradır. Hazırda dünyada 860-dan artıq imtahan mərkəzi vardır. BDU-nun nəzdindəki Konfutsi İnstitutu çin dili üzrə HSK və HSKK imtahanlarının keçirilməsi üçün əsas mərkəzlərdən sayılır.
