Homeaz | en | ru

Çin üzrə regionşünaslıq ixtisasının tələbələri Azərbaycan Dillər Universitetində

10/11/2017

09 noyabr 2017-ci il tarixində Çin Xalq Respublikası Shandong Normal Universitetinin Konfutsi İnstitutunun qərargahı tərəfindən Azərbaycan Dillər Universitetində Çin mədəniyyətinə dair tədbir keçirilib.
Mərasimdə Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, çin dilinin tədrisinin yüksəldilməsi, iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini genişləndirmək, Çin mədəniyyətinə marağı stimullaşdırmaqdan geniş söhbət açılıb. Bədii hissədə  Çinin Shandong Normal Universitetinin incəsənət qrupu  iştirakçılara musiqi, rəqs və instrumental ifadan ibarət performans nümayiş etdirib. Həmçinin Tayland, Filippin, Keniya, ABŞ və Braziliya kimi ölkələrin rəqsləri və milli vokal musiqilərindən seçmələr də təqdim olunub.

Tədbirdə Bakı Dövlət Universitetini Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri – Naliman Mahati, Qao Jinxua, Vu Hui, Ninq Fanqmin və ikinci kurs tələbələri təmsil edib.

 

 

Bookmark and Share