Bakı Dövlət Universiteti

Homeaz | en | ru

Çin səfiri BDU-da mühazirə oxuyub

29/04/2017

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua  Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin tələbələrinə mühazirə oxuyub.

BDU rektorunun ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev tədbiri açaraq tələbələrə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Çin barədə məlumat verib, ölkələrarası əlaqələrdən, təhsil və elm sahəsində görülən işlərdən danışıb.

BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, dosent Oqtay Cəlilbəyli Çin dili və ədəbiyatının tədrisindən, səfirliyin hər zaman kafedranın layihələrinə dəstək verməsindən danışıb.

“Azərbaycan-Çin əlaqələrinin durumu və inkişaf perspektivləri” mövzusunda mühazirə oxuyan səfir Vey Cinhua  tələbələrin suallarını cavablandırıb, sualların onun doğma dilində verilməsindən məmnun olduğunu bildirib.

 

Bookmark and Share