Homeaz | en | ru

“Çin dilində feil tiplərinin struktur-qrammatik kateqoriyalarının tədqiqi” mövzusunda elmi seminar keçirilib

21/04/2022
Şərqşünaslıq fakültəsində “Çin dilində feil tiplərinin struktur-qrammatik kateqoriyalarının tədqiqi” mövzusunda elmi seminar keçirilib.
Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Ləman Fiqarova mövzu ilə bağlı məruzə edib. Məruzəçinin gətirdiyi nümunələrdə vurğulanmışdır ki, müəyyən edildiyi kimi göstərilən tipik tərz kateqoriyaları bütün Çin dilinin feillərindən fərqləndirilmişdir: bitmiş tərz - 了 köməkçi sözlərlə, eləcə də bütün nəticəli (tamamlayıcı) feillər, uzunmüddəttli - 着 köməkçi sözlə, sınanmış - 过 köməkçi sözlə və qısamüddətli- feilin qoşalaşması. Məruzəçi Çin qrammatikasında aspektual mənaların leksik vasitələrlə çatdırıldığını və bunun, Çin dilinin əsas xüsusiyyətlərindən biri olduğunu bildirmişdir. Feillərin qrammatik funksiyalarına görə təhlili: 1) təsirli feillər 及物动词; 2) təsirsiz feillər 不及物动词; 3) spesifik Çin feilləri olan 离合词 köməkçi feillərdir. Əsas diqqət obyekti odur ki, Çin dilində feillər cins və saya görə dəyişmir, şəxsə görə təsriflənmir.
Sonda müəllif linqvistik araşdırmalarının nəticəsini cədvəl və sxemlərlə təqdim edib. Elmi seminar kafedranın müəllim və tələbə heyətinin mövzu ətrafında suallarının cavablandırılması ilə davam edib.

 

Bookmark and Share