Homeaz | en | ru

III kurs tələbələrinin “İxtisas ölkəsinin dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib

04/01/2018

2017 -cı il 22-26 dekabr tarixlərində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə regionşünaslıq ixtisasının tələbələrinin “İxtisas ölkəsinin dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib. Kafedra müdirləri akademik V.Məmmədəliyev (ərəb ölkələri, İsrail), prof. M.Kazımov (İran, Pakistan), prof. R.Rüstəmov (Türkiyə) və prof. O.Cəlilbəylinin (Yaponiya, Çin və Koreya) sədrliyi ilə keçirilən müdafiə komissiyalarının hər birində tələbələrin “İxtisas ölkəsinin dili”nin qrammatikasına dair müxtəlif məzmunlu məruzləri dinlənilib. Kurs işi layihələrinin təqdimatında müasir texniki-innovativ vasitələrdən, slayd və s. istifadə olunub. Müdafiə komissiyasının yekun qərarı əsasında hər bir tələbənin kurs işi lahiyəsi on ballıq sistem əsasında qiymətləndirilib. Komissiyaların fəaliyyətində fakültə dekanı prof. E.Əzizov və bakalavriatura üzrə dekan müavini C.Məmmədzadə də yaxından iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share