Homeaz | en | ru

III kurs tələbələrinin “İxtisas ölkəsinin dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib

04/01/2019

 

Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya)” və “Tərcümə (ərəb dili / fars dili)”  ixtisasları üzrə təhsil alan tələbələrin “İxtisas ölkəsinin dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib. Kafedra müdirləri akademik Vasim Məmmədəliyev, professor Mehdi Kazımov, professor Rüfət Rüstəmov və professor Oqtay Cəlilbəylinin sədrliyi ilə keçirilən müdafiə komissiyalarının hər birində “İxtisas ölkəsinin dili”nin qrammatikasına dair müxtəlif məzmunlu məruzələr dinlənilib. Kurs işi layihələrinin təqdimatında müasir texniki-innovativ vasitələrdən, slayd və s. istifadə olunub. Müdafiə komissiyalarının yekun qərarı əsasında hər bir tələbənin kurs işi lahiyəsi on ballıq sistem əsasında qiymətləndirilib. Tələbələrin kurs işi layihələrinin təqdimatında fakültə dekanı professor Elxan Əzizov və bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə də yaxından iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share