Homeaz | en | ru

III kurs tələbələrinin “İxtisas ölkəsinin dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib

30/12/2016

2016 -cı il 23-27 dekabr tarixlərində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə regionşünaslıq ixtisasının tələbələrinin “İxtisas ölkəsinin dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilmişdir. Kafedra müdirləri akademik V.Məmmədəliyev (ərəb ölkələri, İsrail), prof. M.Kazımov (İran, Pakistan), prof. R.Rüstəmov (Türkiyə) və dos. O.Cəlilbəylinin (Yaponiya, Çin və Koreya) sədrliyi ilə keçirilən müdafiə komissiyalarının hər birində tələbələrin “İxtisas ölkəsinin dili”nin qrammatikasına dair müxtəlif məzmunlu məruzləri dinlənilmişdir. Müdafiə komissiyasının yekun qərarı əsasında hər bir tələbənin kurs işi lahiyəsi on ballıq sistem əsasında qiymətləndirilmişdir. Komissiyaların fəaliyyətində fakültə dekanı prof. E.Əzizov və bakalavriatura üzrə dekan müavini C.Məmmədzadə də yaxından iştirak etmişdir.



















Bookmark and Share