Homeaz | en | ru

III kurs tələbələrinin “İxtisas ölkəsinin ədəbiyyatı” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilmişdir

11/06/2018

2018 -ci il 21-26 may tarixlərində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə regionşünaslıq ixtisasının tələbələrinin “İxtisas ölkəsinin ədəbiyyatı” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilmişdir. Kafedra müdirləri akademik V.Məmmədəliyev (ərəb ölkələri, İsrail), prof. M.Kazımov (İran, Pakistan), prof. R.Rüstəmov (Türkiyə) və prof. O.Cəlilbəylinin (Yaponiya, Çin və Koreya) sədrliyi ilə keçirilən müdafiə komissiyalarının hər birində tələbələrin “İxtisas ölkəsinin ədəbiyyatı”nın müxtəlif dövrlərinə dair məzmunlu məruzləri dinlənilib. Müdafiə komissiyasının yekun qərarı ilə hər bir tələbənin kurs işi lahiyəsi on ballıq sistem əsasında qiymətləndirilib. Komissiyaların fəaliyyətində fakültə dekanı prof. E.Əzizov, TMŞ-nın sədri prof. M.Kazımov və bakalavriatura üzrə dekan müavini C.Məmmədzadə də iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share