Homeaz | en | ru

III kurs tələbələrinin “İxtisas ölkəsinin ədəbiyyatı” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib

01/06/2017

 

2017 -ci il 22-26 may tarixlərində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə regionşünaslıq ixtisasının tələbələrinin “İxtisas ölkəsinin ədəbiyyatı” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilmişdir. Kafedra müdirləri akademik V.Məmmədəliyev (ərəb ölkələri, İsrail), prof. M.Kazımov (İran, Pakistan), prof. R.Rüstəmov (Türkiyə) və dos. O.Cəlilbəylinin (Yaponiya, Çin və Koreya) sədrliyi ilə keçirilən müdafiə komissiyalarının hər birində tələbələrin “İxtisas ölkəsinin ədəbiyyatı”nın müxtəlif dövrlərinə dair məzmunlu məruzləri dinlənilmişdir. Müdafiə komissiyasının yekun qərarı əsasında hər bir tələbənin kurs işi lahiyəsi on ballıq sistem əsasında qiymətləndirilmişdir. Komissiyaların fəaliyyətində fakültə dekanı prof. E.Əzizov, TMŞ-nın sədri prof. M.Kazımov və bakalavriatura üzrə dekan müavini C.Məmmədzadə də iştirak etmişdir.



















 

Bookmark and Share