Şifahi xalq ədəbiyyatından başlayaraq islama qədərki dövrü əhatə edən Ərəb ədəbiyyatı dərsliyi işıq üzü görüb
16/01/2018Ali məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuş ərəb ədəbiyyatı üzrə bu dərslik şifahi xalq ədəbiyyatından başlayaraq İslamaqədərki dövrü əhatə edir.
Azərbaycan dilində müvafiq kitablardan fərqli olaraq, burada ilk dəfə olaraq şifahi xalq ədəbiyyatının müxtəlif növləri, o cümlədən dastanlar və rəvayətlər, həmçinin Ərəbistan yarımadasındaki ictimai-siyasi, iqtisadi durum, qəbilələr, dil və yazı, tarixi adət və ənənələr yetərincə işıqlandırılmışdır.
Cahiliyyə poeziyasının janrları, müəlləqələrin müəllifləri və digər tanınmış şairlərin həyat və yaradıcılığına geniş yer verilmiş, klassik ərəb poeziyasının sonralar filoloqlar tərəfindən toplanma prinsipləri, məşhur alimlərin cahiliyyə poeziyasının həqiqiliyinə münasibəti şərh edilmişdir. Şeirlər mənzum şəkildə azərbaycan dilinə çevrilmişdir. Dərslikdən magistrantlar və doktorantlar da faydalana bilərlər. Oxuculardan xahiş olunur ki, kitabın ikinci nəşrində nəzərə alınması üçün təklif və iradlarını müəlliflərə çatdırsınlar.
