Homeaz | en | ru

I kurs tələbəsi dekanlıq tərəfindən mükafatlandırılıb

29/11/2016

25 noyabr 2016-cı il tarixində BDU-da keçirilmiş “Miss & Mister” layihəsinin qalibi olmuş “İran” üzrə regionşünaslıq ixtisasının I kurs, Azərbaycan bölməsi, 1474-cü qrup tələbəsi Anar Əzizlini dekan prof. Elxan Əzizov qəbul etmişdir. Anar Əzizli “Miss & Mister” layihəsi barədə məlumat vermiş, final yarışmasının nəticələrindən danışmışdır. Prof. Elxan Əzizov qalib tələbəni təbrik edərək, ona şəxsi və təhsil həyatında bol-bol uğurlar arzulamışdır. Sonra tələbəyə dekanlıq adından xatirə hədiyyəsi təqdim olunmuşdur.

Bookmark and Share