Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
14/10/201712 oktyabr 2017-cil il tarixində Milli Azərbaycan Tarixi muzeyində görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb. Təntənəli tədbirdə professor Aida İmanquliyevanın elmi-pedaqoji fəaliyyəti, elmi əsərləri, ərəb ədəbiyyatı sahəsində qiymətli tədqiqatları, şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edilmişdir. Mərasimdə dekan müavini Hüseyn Sadıqovun başçılığı ilə Şərqşünaslıq fakültəsinin ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələri də təmsil olunub
