“Filologiya (Şərq dili və ədəbiyyatı üzrə)” ixtisasının III kurs tələbələrinin kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib
20/05/201917-20 may 2019-cu il tarixlərində Şərqşünaslıq fakültəsinin “Filologiya (Şərq dili və ədəbiyyatı üzrə)” ixtisasında təhsil alan tələbələrin “İxtisas dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) təşkil olunub. Kafedra müdirləri akademik Vasim Məmmədəliyev, professor Mehdi Kazımov, professor Rüfət Rüstəmovun sədrliyi ilə keçirilən müdafiə komissiyalarının hər birində “İxtisas dili”nin qrammatikasına dair müxtəlif məzmunlu məruzələr dinlənilib. Müdafiə komissiyalarının yekun qərarı əsasında hər bir tələbənin kurs işi lahiyəsi on ballıq sistem əsasında qiymətləndirilib. Tələbələrin kurs işi layihələrinin təqdimatında fakültə dekanı professor Elxan Əzizov və bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə də iştirak edib.
