Homeaz | en | ru

“Filologiya (fars dili və ədəbiyyatı)” və “Tərcümə (fars dili üzrə)” ixtisaslarının I kurs tələbələri “İxtisasa giriş“ fənninin tədrisində iştirak edib

24/10/2018

BDU-nun Rektoru akad. A.M.Məhərrəmovun müvafiq əmrinə əsasən I kurs tələbələri üçün fakultativ olaraq 15 saat həcmində "İxtisasa giriş" fənninin tədrisi təşkil olunur. Fənnin tədrisində əsas məqsəd tələbələrə fakültədə fəaliyyət göstərən kafedraların tarixi və fəaliyyəti, elmi potensialı, elmi istiqamətləri və perspektivləri, beynəlxalq əlaqələri, görkəmli məzunları və s. haqqında geniş məlumatın verilməsi, tələbələrin elmə cəlb olunmasına, universitetin elmi və ictimai həyatında fəal iştirakına şərait yaratmaqdır.

19 oktyabr 2018-ci il tarixində İran filologiyası kafedrasının müdiri prof. M.D.Kazımov “Filologiya (fars dili və ədəbiyyatı)” və “Tərcümə (fars dili üzrə)” ixtisaslarının I kurs tələbələrinə "İxtisasa giriş" fənnindən mühazirə oxuyub. Mühazirənin sonunda tələbələrin sualları ətraflı cavablandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share