Homeaz | en | ru

Fakültənin tələbə və müəllim heyəti universitetin iməclik aksiyasında iştirak ediblər

18/11/2019

16 noyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin tikilməkdə olan yeni tələbə yataqxanasının qarşısında iməclik aksiyası keçirilmişdir. İməclikdə universitetinin rəhbərliyi, müəllim və tələbə kontingenti iştirak etmişdir. Şərqşünaslıq fakültəsi iməclikdə dekan Elxan Əzizov olmaqla, dekan müavinləri, müəllimlər və tələbələrlə təmsil olunub. Fakültənin müəllim və tələbə heyəti rektor Elçin Babayevlə birgə ağac əkmiş, xatirə şəkilləri çəkdirmişdir. İməclik başa çatdıqdan sonra tələbə və müəllim heyəti istirahət çadırında çay stolunda iştirak ediblər.

 

Bookmark and Share