Fakültədaxili “Xəmsə” intellektual oyununun final mərhələsi baş tutub
04/11/201903 noyabr tarixində fakültədaxili “Xəmsə” intellektual yarışmasının bir aydır ki davam edən mərhələsi final turu ilə yekunlaşıb. Binəqədi gənclər evində keçirilən final turunda digər mərhələlərdən qalib ayrılan “Tərcümə (ərəb dili)”, “Tərcümə(fars dili)”, “Regionşünaslıq (Koreya üzrə)”, “Regionşünaslıq (Pakistan üzrə)” ixtisaslarıdan olan birinci kurs tələbələri iştirak ediblər. Beş turda davam edən yarışda qalibi “Xəmsə” turunda müəyyənləşdirmək mümkün olub. Xala görə arxada olan Pakistan üzrə regionşünaslar finalda böyük balla riskə edərək, finalda adlarını birincilər sırasına yazdırmışdır. Finalda qalib gələn komandalara medallar və sertifikatlar təqdim edilmişdir. Yarışı ikinci yerdə “Tərcümə (fars dili) ixtisası tamamlamışdır. Bundan sonra tələbələr öz qalibiyyətlərini qeyri-rəsmi hissədə qeyd etmişlər.
