Homeaz | en | ru

Fakültə Həmkarlar Təşkilatı onlara sosial qayğı göstərir

09/04/2020

 

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci ilin martın 24-dən aprelin 20-dək ölkəmizdə elan edilən xüsusi karantin rejimi müddətində evdən çıxması qadağan olunan 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə sosial qayğı göstərilməsi davam etdirilir. Bu məqsədlə fakültə Həmkarlar Təşkilatının təşəbbüsü ilə yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid olan əməkdaşlarla mütəmadi əlaqə saxlanılır, zəruri ehtiyaclarının ödənilməsində onlara köməklik göstərilir. Müəllimlər karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə BDU rəhbərliyinə və fakültə Həmkarlar Təşkilatına öz minnətdarlıqlarını ifadə ediblər.

 

 

Bookmark and Share