Homeaz | en | ru

Fakültə dekanlığı vaxtsız vəfat edən I kurs tələbəsinin matəm mərasiminə qatılıb

20/06/2016

Şərqşünaslıq fakültəsinin dekanlığı vaxtsız vəfat edən I kurs tələbəsinin matəm mərasiminə qatılmışdır.

17 iyun 2016-cı il tarixində Şərqşünaslıq fakültəsinin dekanlığı İsrail üzrə regionşünaslıq ixtisasının vaxtsız vəfat edən I kurs, 1464-cü qrup tələbəsi, 1997-ci il təvəllüdlü İsmayılov Azər Aftandil oğlunun yas mərasimində iştirak etmişdir. Elmi işlər üzrə dekan müavini Adil Yəhyayevin başçılığı ilə fakültənin bir qrup müəllim-tələbə heyəti Masallının Təklə kəndində mərhumun matəm mərasiminə qatılmış, yaxınlarına dərin hüznlə başsağlığı vermiş, Ulu Tanrıdan səbr və rəhmət diləmişdir.


Bookmark and Share