Fakültə dekanı tələbələr tərəfindən təltif olunub
31/10/201625 oktyabr 2016 -cı il tarixində Şərqşünaslıq fakültəsinin dekanı professor Elxan Əzizov fakültə Tələbə-Həmkarlar təşkilatının fəaliyyətinə göstərdiyi böyük dəstəyə, yüksəkixtisaslı şərqşünas mütəxəssislərin hazırlanmasında, elm və təhsilin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 70 illiyi münasibətilə “Fəxri Fərman”la təltif edilmişdir. Fakültə Tələbə-Həmkarlar Təşkilatının bir qrup fəal üzvlərinin iştirakı ilə “Fəxri fərman” sədr Taleh Mansurov tərəfindən yubilyara təqdim olunmuşdur.
