ELAN
24/11/2017B İ L D İ R İ Ş
2017-ci dekabr ayının ikinci yarısında Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin 95 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Məruzələrin tezisləri (3 səhifəyədək) 10 dekabr tarixinə qədər göstərilən tələblərə (şrift – Times New Roman; hərflərin ölçüsü – 12 pt; sətirlər arası məsafə - 1; səhifələrin ölçüsü – yuxarı, aşağı və soldan 2,5 sm., sağdan 2 sm.) uyğun 1 nüsxədə disklə birlikdə BDU Şərqşünaslıq fakültəsinə (II tədris binası, 7-ci mərtəbə, otaq 713) təqdim edilməlidir.
Konfransın bölmələri:
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Tarix
- Sosial elmlər
Konfrans materiallarının elektron versiyası http: // bsu.edu.az saytının oriental faculty səhifəsində yerləşdiriləcəkdir. Plenar iclasın dəqiq tarixi və yeri haqqında məlumat dekabr ayında həmin saytda veriləckdir.
Tezislərin çapı müəlliflərin hesabına nəzərdə tutulur.
Tezisin nümunə forması
Əsgərov B.V. AMEA-nın Əlyazmalar İnstitutu Tezisin adı Mətn |
İştirakçının müraciət formasını oriental faculty səhifəsindən əldə etmək olar.
Təşkilat komitəsi ilə əlaqə telefonu: +994 12 539 11 42
+994 12 538 06 73
E-mail: [email protected]
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi
İŞTİRAKÇININ MÜRACİƏT FORMASI
İştirakçının soyadı, adı, ata adı |
|
İxtisası |
|
Elmi dərəcəsi və elmi adı |
|
Təmsil etdiyi müəssisə |
|
Vəzifəsi |
|
Məruzənin aid olduğu bölmə (seksiya) |
|
Məruzənin adı |
|
Əlaqə telefonu (iş, mənzil və mobil) |
|
E-mail adresi |
|
Müraciətin ünvanlandığı tarix və imza |
|
