Homeaz | en | ru

ELAN

25/10/2021

Elan: “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans

Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə  2021-ci ilin 23-24 dekabr tarixlərində “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq  elmi konfrans keçiriləcək.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans Nizami Gəncəvinin həyatı və yaradıcılığının bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil edilməsinə, böyük şairin dünyada sülhün, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışlarının daha dərindən öyrənilib, dünyaya çatdırılmasına kömək edəcək.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi
  2. Fəlsəfi fikir tarixində Nizami fenomeni
  3. Azərbaycan ədəbiyyatında Nizami ənənələri
  4. Nizami və tarix
  5. Nizami və folklor
  6. Nizami və dünya ədəbiyyatı
  7. Nizami və türk xalqları ədəbiyyatı
  8. Nizami əsərlərinin mənbələri
  9. Nizami yaradıcılığında didaktika
  10. Nizaminin ictimai baxışları
  11. Nizami irsi dünya mədəniyyəti kontekstində
  12. Nizamişünaslıq müasir mərhələdə
  13. Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi
  14. Nizami əsərlərinin tərcüməsi məsələləri: təcrübə, problemlər, həll yolları

Tezislərin təqdim edilməsi üçün son tarix: 25 noyabr 2021-ci il.

Tezislər aşagıdakı linkdə mövcud olan sistem vasitəsilə onlayn yüklənməlidir: http://nizamiganjavi880.bsu.edu.az/#link5

 

Tezislərin tərtib olunma qaydaları:

Konfransın işçi dili: Azərbaycan, türk, rus və ingilis dilləri

Tezisin adı 12 sözdən çox olmamalıdır.

Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift  ölçüsü  14 pt, şrift Calibri

Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12 pt, şrift Calibri

Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift  ölçüsü 12 pt, şrift Calibri

Elektron ünvan: adi şriftlə, kursiv, şrift  ölçüsü 12 pt, şrift Calibri

 

Təqdim olunmuş  tezisin həcmi 500 sözü keçməməli, format A4, fayl formatı *doc, *docx, şrift Calibri, şrift  ölçüsü 14 pt, yuxarıdan  2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm. boşluq, interval 1 olmalıdır.

İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilməlidir (məsələn, [2]).

Ədəbiyyat siyahısı mətnin sonunda verilməlidir (məsələn, 2. Abdullayeva M. Nizami nə barədə yazırdı? // “H.Əliyev və Azərbaycan filologiyası” mövzusunda elmi-nəzəri konfransın materialları. Bakı, 22 may 2019, s.37-43)

 

İştirakçı haqqında bütün məlumatlar onlayn müraciət sisteminə daxil edilməlidir.

Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən tezislər qəbul edilməyəcək.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək və iştirakçılara müvafiq setifikatlar veriləcəkdır. Seçilmiş məqalələr nüfuzlu jurnallarda dərc ediləcək.

 

Konfransın keçiriləcəyi yer və əlaqə:

Bakı Dövlət Universiteti,

AZ1148, Z.Xəlilov küç., 33.

Tel: (+99412) 5390373

Mob: (+99451) 610 53 79  və (+99450) 741 21 85

E-poçt: mehribanalizada@bsu.edu.az

Sayt: http://nizamiganjavi880.bsu.edu.az/

Bookmark and Share