Homeaz | en | ru

ELAN

21/04/2020

BAKI DÖVLƏT UNİVERSİTETİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının

97-ci ildönümünə həsr olunmuş

“ULU ÖNDƏR XATİRƏLƏRDƏ”

adlı onlayn müsabiqə elan edir

Müsabiqəyə təqdim edilən materiallar müəlliflərin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini, o cümlədən Ümummilli Liderin BDU-ya səfərləri, BDU-ya göstərdiyi qayğı və diqqət, professor-müəllim heyəti qarşısında nitqlərini, ictimaiyyətə tövsiyələrini ehtiva etməlidir.

Materiallar 2020-ci il may ayının 5-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun professor-müəllim heyəti iştirak edə bilər.

Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

 

Əlavə məlumat üçün: Tel: (+994 50) 485 82 80

e-mail: press-service@bsu.edu.az

Bookmark and Share