Homeaz | en | ru

ELAN

08/02/2016

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Maraqlananlar əlavə olunmuş elanda şərtlərlə tanış ola bilərlər.

E L A N
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bookmark and Share