Homeaz | en | ru

ELAN

08/01/2021

Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi çərçivəsində BDU əməkdaş və tələbələrinin ölkə mediasında dərc olunmuş məqalələri toplu şəklində nəşr olunacaqdır.

BDU-nun əməkdaş və tələbələrindən mətbuatda dərc olunmuş yazılarını (linkləri göstərilməklə) 2021-ci il 15 yanvar tarixinədək press-service@bsu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd:

  • Yalnız 2020-ci il 27 sentyabr - 10 noyabr tarixlərində dərc olunmuş materiallar qəbul olunur.
  • BDU-nun rəsmi səhifəsində (www.bsu.edu.az) yayımlanan yazılar istisnadır.

Əlavə məlumat üçün: (+994 50) 485 82 80

Bookmark and Share