Homeaz | en | ru

E L A N

18/07/2020

2020/2021-ci tədris üçün Bakı Dövlət Universitetinin (BDU) magistratura təhsil səviyyəsinə qəbul olunmuş bakalavrların qeydiyyatı onlayn aparılacaq. Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər  elektron formada təqdim etməlidir:

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Diplom  (cari ildə ali məktəbi bitirmiş bakalavrlar üçün ali məktəbi bitirmə haqqında arayış)
4. Bakalavrın qəbul imtahanının nəticə vərəqəsi (DİM-in saytından yükləmək)
5. 3x4 sm ölçüdə fotoşəkil
6. Ödəniş qəbzinin surəti
7. Müqavilə (dövlət hesabına, ödənişli əsaslarla)

 

BDU-nun magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6‑dan 20-dək (şənbə və bazar günləri istisna olmaqla) əsas və tələb olunan əlavə sənədləri ONLAYN QEYDİYYATLA BAĞLI SƏNƏDLƏRİN HAZIRLANMASINA DAİR GENİŞ TƏLİMATa uyğun olaraq hazırlamalı və elektron formada LİNKİ vasitəsi ilə göndərməlidirlər .

 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

 

Qeydiyyatla bağlı suallarla əlaqədar bdu-magistr-qebul@bsu.edu.az elektron poçt ünvanına müraciət etmək olar.


Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı ilə buradan tanış ola bilərsiniz.

 

 

Bookmark and Share