Homeaz | en | ru

E L A N

04/07/2020

2020/2021-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) magistratura təhsil səviyyəsinə qəbul olmuş bakalavrlar qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədləri  elektron formada təqdim etməlidirlər:

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Diplom  (cari ildə ali məktəbi bitirmiş bakalavrlar üçün ali məktəbi bitirmə haqqında arayış)
4. Bakalavrın qəbul imtahanının nəticə vərəqəsi (DİM-in saytından yükləmək)
5. 3x4 sm ölçüdə fotoşəkil
6. Ödəniş qəbzinin surəti
7. Müqavilə (dövlət hesabına, ödənişli əsaslarla)

BDU-nun magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6‑dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri skan edilmiş formada [email protected] elektron poçt ünvanına  göndərməlidirlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Qeydiyyatla bağlı suallarla əlaqədar [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Xəbərlər

MAGİSTRATURA TƏHSİL SƏVİYYƏSİNƏ QƏBUL OLMUŞ BAKALAVRLARIN NƏZƏRİNƏ

MAGİSTRATURA TƏHSİL SƏVİYYƏSİNƏ QƏBUL OLMUŞ BAKALAVRLARIN NƏZƏRİNƏ
03/07/2020

Onlayn imtahan sessiyasının dördüncü həftəsinə yekun vurulub

Onlayn imtahan sessiyasının dördüncü həftəsinə yekun vurulub
03/07/2020

Bakı Dövlət Universitetində məzun-əsgərlərlə onlayn görüş formatı

Bakı Dövlət Universitetində məzun-əsgərlərlə onlayn görüş formatı
02/07/2020
Bookmark and Share